Son dəqiqə

İsrail ABŞ Livan Vaşinqton Yaxın Şərq Yehiel Leyter Nada Muaavvad

Livan və İsrail nümayəndə heyətləri Vaşinqtonda danışıqlara başlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan nümayəndə heyəti ABŞ vasitəçiliyi ilə İsraillə aparılan yeni danışıqlar raundunda iştirak etmək üçün Vaşinqtona gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Livanı bu danışıqlarda səfir Nada Muaavvad təmsil edir, İsrail nümayəndə heyətinə isə səfir Yehiel Leyter rəhbərlik edir. ABŞ rəsmiləri də görüşlərdə iştirak edirlər.

Danışıqlar iki tərəf arasında keçirilən beşinci raunddur və Livanda mövcud olan kövrək atəşkəs fonunda baş tutur.

Son görüşlərin ABŞ–İran danışıqları nəticəsində 19 iyun tarixində əldə edilən atəşkəs razılaşmasından sonra keçirildiyi bildirilir.

Həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasına dəstək vermək məqsədilə “de-eskalasiya qrupu”nun yaradıldığı qeyd olunur.

Mövzuya görə xəbərlər