Son dəqiqə

Livan Yaxın Şərq Hizbullah humanitar vəziyyət mülki əhali Nəbatiyyə bölgəsi

Hizbullah Livanın cənubunda İsrail atəşini pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullah İsrail qüvvələrinin Livanın cənubunda mülki şəxslərə qarşı silahlı hücum həyata keçirdiyini bildirib.

TurkicWorld xəbər verir ki, təşkilat bu hücumu atəşkəsin “açıq-aşkar pozulması” kimi qiymətləndirib.

Hizbullahın açıqlamasında qeyd olunur ki, Nəbatiyyə bölgəsində baş verən atəş nəticəsində iki nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Təşkilat bildirib ki, ölən şəxslər dağıntılar altından cəsədlərin çıxarılması və yolların təmizlənməsi ilə məşğul olublar.

Açıqlamada “İslami Müqavimət”in atəşkəsə indiyədək riayət etdiyi, lakin İsrailin hərəkətlərinin bu razılaşmanı pozduğu iddia edilib.

Hizbullah mümkün cavab addımları barədə isə konkret açıqlama verməyib.

Mövzuya görə xəbərlər