Son dəqiqə

İsrail Livan hərbi əməliyyatlar Regional Təhlükəsizlik Livanın cənubu insan itkiləri yaralılar humanitar vəziyyət Livanın Səhiyyə Nazirliyi

Livan: İsrailin hücumları nəticəsində 4 mindən çox insan həlak olub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın Səhiyyə Nazirliyi bildirib ki, martın 2-dən bu günədək İsrailin həyata keçirdiyi hücumlar nəticəsində azı 4 min 57 nəfər həlak olub, 12 min 121 nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı son məlumata əsasən, cümə günü baş verən hücumlarla bağlı itkilərin sayı da yenilənib.

Bildirilib ki, əvvəlcə 47 nəfər olaraq açıqlanan ölənlərin sayı son dəqiqləşdirmələrdən sonra 83 nəfərə yüksəlib. Yaralananların sayı isə 141 nəfər təşkil edib.

Məlumata görə, həlak olan və yaralananların böyük hissəsi Livanın cənub bölgələrinin payına düşür.

İtkilərin bir hissəsinin isə ölkənin şərqində qeydə alındığı bildirilib.

Livan rəsmiləri bölgədə humanitar vəziyyətin ağır olaraq qaldığını vurğulayırlar.

Son günlər atəşkəslə bağlı səylərin davam etməsinə baxmayaraq, müxtəlif bölgələrdə qarşıdurmalar və hücumlar barədə məlumatlar daxil olmaqdadır.

Mövzuya görə xəbərlər