BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran nümayəndə heyətinin ABŞ ilə aparılan danışıqlar çərçivəsində İsveçrəyə yola düşəcəyi bildirilib.
TurkicWorld xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü ölkə nümayəndələrinin ABŞ-nin müvəqqəti razılaşma üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək məqsədilə İsveçrəyə gedəcəyini açıqlayıb.
İran mətbuatının yaydığı məlumata görə, nümayəndə heyəti qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri necə həyata keçirəcəyinə dair aydınlıq əldə etməyə çalışacaq.
Sözçü bildirib ki, İsveçrədə keçiriləcək görüşlərdə əsas diqqət razılaşmanın icrasına yönələcək.
Məlumata görə, nümayəndə heyəti yaxın dəqiqələr ərzində İsveçrəyə yola düşməlidir.
İran tərəfi vurğulayıb ki, ABŞ öz öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, Tehran buna uyğun addımlar atacaq.
Rəsmilər bu addımların mahiyyəti barədə əlavə məlumat verməyiblər.







