BAKI,TurkicWorld,Yusif Şərifzadə
Bank of America-nın yeni hesabatına görə, Hörmüz boğazının tam şəkildə açılması qlobal neft qiymətlərinə təsir göstərə bilər.
TurkicWorld xəbər verir ki, bank Brent neftinin orta qiymət proqnozunu 93 dollardan 82 dollara endirib.
Məlumata görə, Brent nefti ilin ikinci yarısında əsasən 70–80 dollar aralığında ticarət oluna bilər.
Hesabat Reuters agentliyinə göndərilən qeyddə yer alıb.
Analitiklər bildirirlər ki, Hörmüz boğazının tam açılması qlobal təklifin artmasına səbəb ola bilər.
Eyni zamanda ABŞ–İran müvəqqəti razılaşması enerji bazarında optimist gözləntilər yaradıb.
Nəticədə neft qiymətlərində eniş tendensiyası müşahidə olunur.







