Son dəqiqə

Fransa Pakistan Qətər enerji keçidi Hörmüz boğazı Dəniz ticarəti LNG

Fransa bayraqlı LNG tankeri Hörmüz boğazından keçib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazında tanker hərəkəti ilə bağlı yeni məlumat yayılıb.

TurkicWorld xəbər verir ki, Fransa bayrağı altında üzən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker boğazdan keçərək Fars körfəzini tərk edib.

Dəniz izləmə platforması MarineTraffic-in məlumatına görə, gəmi “Mraikh” adlanır.

Tanker Qətərin Ras Laffan limanında yüklənib və Pakistanın Karaçi yaxınlığındakı Port Qasim limanına istiqamət alıb.

Məlumata əsasən, gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə keçid edib.

ABŞ Prezidenti Donald Tramp isə boğazın cümə gününə qədər tam açılacağını bildirib.

Hadisə regionda enerji marşrutlarının təhlükəsizliyi ilə bağlı müzakirələr fonunda diqqət çəkir.

Mövzuya görə xəbərlər