BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran və Oman Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi və azad hərəkəti ilə bağlı beynəlxalq hüquqa riayət edəcəklərini təsdiqləyib.
TurkicWorld xəbər verir ki, bu barədə Oman Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi və Omanın xarici işlər naziri Bədr bin Həməd Əl Busaidi arasında telefon danışığı baş tutub.
Tərəflər Hörmüz boğazı vasitəsilə gəmiçiliyin təhlükəsiz və sərbəst şəkildə həyata keçirilməsinin beynəlxalq hüquq çərçivəsində təmin olunmasının vacibliyini vurğulayıblar.
Danışıq zamanı həmçinin ABŞ və İran arasında bu həftə imzalanması gözlənilən memorandumun regiona təsiri də müzakirə edilib.
Rəsmilər yaxın mərhələdə bütün tərəflərin diplomatik səyləri gücləndirəcəyinə və regionda sabitliyin təmin olunacağına ümid etdiklərini bildiriblər.







