BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Hörmüz boğazı ilə bağlı İranla mümkün razılaşma əldə olunacağı təqdirdə dünya enerji bazarında qiymətlərin yenidən sabitləşəcəyi gözlənilir.
TurkicWorld xəbər verir ki, Bessent bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, son günlər bölgədə vəziyyət müəyyən qədər gərgin olsa da, artıq Hörmüz boğazından xeyli sayda gəmi hərəkət etməyə başlayıb.
O qeyd edib ki, hazırda boğazdan keçmək üçün yüzlərlə gəmi növbə gözləyir.
Skott Bessent bildirib ki, Hörmüz boğazında vəziyyət normallaşdıqca enerji bazarında da sabitlik bərpa olunacaq.
"Enerji qiymətlərinin yenidən aşağı düşəcəyini gözləyirəm. Bu isə bütün dünya üçün müsbət hal olacaq", – deyə ABŞ-nin maliyyə naziri vurğulayıb.







