Son dəqiqə

İran ABŞ Qlobal maliyyə bazarları birja Dou Cons Nasdak maliyyə bazarları istiqraz bazarı

ABŞ birjalarında yüksəliş qeydə alındı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ ilə İran arasında əldə olunan razılaşma maliyyə bazarlarında müsbət qarşılanıb və əsas birja göstəricilərində artım müşahidə olunub.

TurkicWorld xəbər verir ki, ticarətin başlanğıcında ABŞ-nin aparıcı birja göstəricilərindən biri olan Dou Cons sənaye göstəricisi 162,3 bənd və ya 0,32 faiz artaraq 51 364,55 bəndə yüksəlib.

Geniş bazarı əhatə edən S&P 500 göstəricisi isə 85,3 bənd və ya 1,15 faiz artımla 7 516,75 bənd səviyyəsinə çatıb.

Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdak göstəricisi 558,4 bənd və ya 2,16 faiz yüksələrək 26 447,23 bənd olub.

Maliyyə bazarlarında müşahidə olunan müsbət əhval-ruhiyyə əsasən Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilərlə əlaqələndirilir.

Mütəxəssislər hesab edirlər ki, enerji bazarlarında sabitliyin bərpası qlobal iqtisadiyyat üçün əlavə riskləri azalda bilər.

İstiqraz bazarında da hərəkətlilik müşahidə olunub və dövlət istiqrazlarının gəlirliliyi aşağı düşüb.

Buna səbəb kimi neft qiymətlərinin ucuzlaşmasının dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları üzərində faiz dərəcələrinin artırılması ilə bağlı təzyiqləri zəiflədə biləcəyi ehtimalı göstərilir.

Mövzuya görə xəbərlər