BAKI,TurkicWorld,Yusif Şərifzadə
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi Oman sahilləri yaxınlığında tankerin naməlum mərmi ilə vurulduğunu açıqlayıb. Hadisənin Oman sahilindən təxminən 11 kilometr şərqdə baş verdiyi bildirilir.
TurkicWorld xəbər verir ki, zərbə tankerin ön sol hissəsinə dəyib və gəmidə olan heyətin təhlükəsiz vəziyyətdə olduğu qeyd olunub.
Açıqlamaya əsasən, hadisə nəticəsində ətraf mühitə hər hansı zərərin dəyməsi barədə məlumat yoxdur. Tankerin isə planlaşdırılmış növbəti limana doğru hərəkətini davam etdirdiyi bildirilib.
Qurumlar hadisənin səbəblərini araşdırır və dəniz nəqliyyatı ilə məşğul olan gəmilərə ehtiyatlı hərəkət etmələri barədə xəbərdarlıq edib.







