BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Şimal Xorasan vilayəti baş hakimliyi bildirib ki, ölkədə düşmənlə əməkdaşlıqda şübhəli bilinən 47 şəxsin əmlakı müsadirə edilib.
TurkicWorld xəbər verir ki, Hojjatoleslam Rzayi Baratizadə qeyd edib ki, kəşfiyyat müşahidələri və məhkəmə tədbirləri nəticəsində 14 iş açılıb və bu şəxslərin əmlaklarının müəyyən edilməsi və müsadirəsi üçün lazımi göstərişlər verilib.
İşlər müxtəlif ittihamlar üzrə araşdırılır, o cümlədən “rejim əleyhinə təbliğat fəaliyyəti” və “daxili və xarici təhlükəsizlik əleyhinə cinayətlərin törədilməsi məqsədilə toplanma və əlaqə” kimi maddələr daxilində.







