BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusunun açıqlamasına görə, bazar ertəsi günü Cənubi Qəzzada həyata keçirilən hücum zamanı iki Fələstin İslami Cihad komandiri öldürülüb. Həmin döyüşçülərin İsrail əsgərlərinə qarşı hücum planlaşdırdıqları bildirilib.
Açıqlamada elit qüvvələrin komandiri İyad Məhəmməd Əbdül-Əziz Nafil və İsrailə raket hücumları həyata keçirən qrupun rəhbəri Əhməd Marufun öldürüldüyü vurğulanıb.







