BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin İrana qarşı son 24 saat ərzində həyata keçirdiyi hava hücumları nəticəsində azı 15 nəfərin yaralandığı bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə İranın Milli Təcili Tibbi Yardım Təşkilatı məlumat yayıb.
Dövlət mediasında yayımlanan açıqlamaya əsasən, hücumlar nəticəsində həlak olanlarla bağlı hələlik məlumat daxil olmayıb.
Məlumatda yaralanan şəxslərin mülki vətəndaşlar və ya hərbçilər olması barədə ətraflı məlumat verilməyib.
Qurumun açıqlamasına görə, yaralananlardan 14 nəfər Mahşəhr şəhərində, 1 nəfər isə Tehranda qeydə alınıb.
Rəsmilər hadisənin nəticələrinin araşdırıldığını, zərərin miqyasının və digər təfərrüatların dəqiqləşdirildiyini bildiriblər.
İsrail və İran arasında son günlər yenidən yüksələn gərginlik fonunda tərəflər qarşılıqlı ittihamlar səsləndirməyə davam edir. Bölgədə təhlükəsizlik vəziyyəti isə diqqətlə izlənilir.







