Son dəqiqə

İsrail İran təhlükəsizlik Yoav Kiş məktəblər təhsil şagirdlər tədris müəssisələri təhlükəsizlik qaydaları kütləvi tədbirlər

İsraildə məktəblər ikinci gün də bağlı qalacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsraildə təhlükəsizlik vəziyyəti ilə əlaqədar məktəblərin fəaliyyəti daha bir gün dayandırılıb.

TurkicWorld xəbər verir ki, İsrailin təhsil naziri Yoav Kiş ölkədəki tədris müəssisələrinin çərşənbə axşamı günü də açılmayacağını açıqlayıb.

Nazirin sözlərinə görə, İranın hücumları dayandırdığını bəyan etməsinə baxmayaraq, təhlükəsizlik vəziyyəti tam qiymətləndirilmədən məktəblərin fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilmir.

Yoav Kiş bildirib ki, təhsil müəssisələrinin bağlı saxlanılması ilə bağlı qərar qüvvədə qalır və vəziyyət daim nəzarətdə saxlanılır.

İsrail ordusu bundan əvvəl mülki əhali üçün təhlükəsizlik qaydalarını yeniləmiş, kütləvi tədbirlərə məhdudiyyətlər tətbiq etmiş və ölkə üzrə məktəblərdə dərsləri dayandırmışdı.

Nazir qeyd edib ki, Təhsil Nazirliyi məktəblərin çərşənbə günü fəaliyyətini bərpa etməsini planlaşdırır.

Onun sözlərinə görə, dərslərin yenidən başlanması yalnız şagirdlərin yaxınlıqda sığınacaqlara çıxış imkanının təmin olunması və təhlükəsizlik tələblərinin yerinə yetirilməsi halında mümkün olacaq.

Hazırda aidiyyəti qurumlar ölkədəki vəziyyəti qiymətləndirməyə davam edir və son qərarların təhlükəsizlik orqanlarının tövsiyələri əsasında veriləcəyi bildirilir.

Mövzuya görə xəbərlər