BAKI,TurkicWorld,Yusif Şərifzadə
Küveyt Müdafiə Nazirliyi İran tərəfindən həyata keçirilən hücumlarla bağlı məlumat yayıb.
TurkicWorld xəbər verir ki, nazirliyin bəyanatına əsasən, ölkənin silahlı qüvvələri sübh saatlarında Küveyt hava məkanında yeddi ballistik raket aşkar edib və onlara qarşı müvafiq tədbirlər həyata keçirib.
Məlumata görə, raketlər yaşayış məntəqələrinin üzərində zərərsizləşdirilib. Hadisə nəticəsində raket qalıqlarının bəzi hissələri yerə düşərək maddi ziyana səbəb olub.
Nazirlik bildirib ki, baş verən hadisə zamanı ölən və ya yaralanan qeydə alınmayıb. Rəsmi qurum vəziyyətin nəzarət altında olduğunu və təhlükəsizlik tədbirlərinin davam etdirildiyini vurğulayıb.
Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir dövrdə baş verib.







