BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan ordusu İsrail qüvvələrinin Debbin ərazisindən geri çəkilməsindən sonra ölkənin cənubunda əsas yolun açıldığını bildirib, eyni zamanda əhaliyə partlamamış sursat təhlükəsi səbəbindən yaxınlaşmamağı tövsiyə edib.
TurkicWorld xəbər verir ki, ordunun açıqlamasında qeyd olunub ki, hərbi birlik Marjeyun-Debbin-İbl əl-Saqi yolunda İsrail işğalı zamanı qoyulmuş torpaq baryerlərini aradan qaldıraraq yolu açıb.
Bildirilib ki, xüsusi bölmələr ərazidə mühəndislik yoxlamaları aparır və partlamamış sursatların təmizlənməsi istiqamətində əməliyyatlar davam edir. Əhali əməliyyat tamamlanana qədər həmin zonaya yaxınlaşmamalıdır.





