BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində Qəzza sektorunda üç Fələstinlinin həlak olduğunu və 35 nəfərin yaralandığını bildirib.
TurkicWorld xəbər verir ki, nazirliyin gündəlik itki hesabatında qeyd edilib ki, bir sıra qurbanlar dağıntılar altında və yollarda qalıb, çünki təcili yardım və Mülki Müdafiə briqadaları onlara çatmaqda çətinlik çəkir.
Nazirliyin məlumatına görə, 11 oktyabr tarixində başlanan atəşkəsdən bəri ümumilikdə 936 nəfər həlak olub, 2 903 nəfər yaralanıb və 781 cəsəd dağıntılardan çıxarılıb.






