Son dəqiqə

Fələstin Qəzza Yaxın Şərq Humanitar böhran hava hücumu atəşkəs mülki əhali Ölənlərin sayı Qəzza Səhiyyə Nazirliyi

Qəzzada ölənlərin sayı 72 mini keçib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında davam edən hücumlar nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir.

TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 48 saat ərzində bölgədə azı 16 nəfər həyatını itirib, 39 nəfər isə yaralanıb.

Nazirliyin açıqlamasında bildirilib ki, 2023-cü ilin oktyabr ayında başlayan müharibədən bəri ümumi ölənlərin sayı 72 819 nəfərə, yaralananların sayı isə 172 894 nəfərə çatıb.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ-ın vasitəçiliyi ilə elan edilən “atəşkəs”dən sonra da bölgədə zorakılıq davam edib. Həmin dövrdən bu yana 922 fələstinlinin öldüyü, 2 786 nəfərin isə yaralandığı bildirilib.

Qəzza zolağında humanitar vəziyyətin ağır olaraq qaldığı vurğulanır. Beynəlxalq humanitar təşkilatlar bölgədə tibbi xidmətlərin, ərzaq təminatının və əsas yaşayış şəraitinin kritik vəziyyətdə olduğunu bildirirlər.

Davam edən hücumlar nəticəsində minlərlə ailənin yaşayış yerlərini itirdiyi, xəstəxanaların isə ciddi resurs çatışmazlığı ilə üzləşdiyi qeyd olunur.

Son statistika Qəzzada humanitar böhranın daha da dərinləşdiyini və mülki əhali arasında itkilərin artmaqda davam etdiyini göstərir.

Mövzuya görə xəbərlər