Son dəqiqə

Suriya Livan ABŞ Konqresi Yaxın Şərq Hizbullah Gideon Saar Regional Təhlükəsizlik Abe Hamadeh Marlin Stutzman İsrail xarici siyasəti

İsrailin xarici işlər naziri ABŞ konqresmenləri ilə Livan və Suriya məsələlərini müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan nümayəndələri ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Gideon Saar X platformasında paylaşım edib.

Məlumata görə, görüşdə ABŞ Konqresinin İndiana ştatını təmsil edən Marlin Stutzman və Arizona ştatını təmsil edən Abe Hamadeh iştirak edib.

Nazir bildirib ki, əsas müzakirə mövzuları Livan və Suriyada mövcud vəziyyət, regional təhlükəsizlik məsələləri və davam edən hadisələr olub.

Gideon Saar görüş zamanı İsrailin Livandakı əsas məqsədinin öz vətəndaşlarını Hizbullah hücumlarından qorumaq və bölgədə fəaliyyət göstərdiyini iddia etdiyi silahlı şəbəkələri zərərsizləşdirmək olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər