BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclası zamanı Hörmüz boğazı ilə bağlı açıqlama verib.
TurkicWorld xəbər verir ki, Tramp ABŞ-ın strateji əhəmiyyət daşıyan bu dəniz yolunu izləyəcəyini, lakin heç bir tərəfin boğaza nəzarət etməyəcəyini bildirib.
“Biz bunu izləyəcəyik, amma heç kim ona nəzarət etməyəcək. Bu, bizim danışıqların bir hissəsidir”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin Omanla bağlı da danışıb. O qeyd edib ki, İranla Hörmüz boğazının idarə olunması məsələsində vasitəçilik edən ölkə “digərləri kimi davranmalıdır”.
ABŞ Prezidenti bir daha vurğulayıb ki, Tehranla aparılan danışıqlarda sanksiyaların yumşaldılması məsələsi gündəmdə deyil.
Son günlər ABŞ və İran arasında davam edən diplomatik proses çərçivəsində Hörmüz boğazının statusu, dəniz daşımalarının təhlükəsizliyi və regional sabitlik məsələləri əsas müzakirə mövzularından biri kimi ön plana çıxıb.







