Son dəqiqə

Donald Tramp Vaşinqton Yaxın Şərq Regional Təhlükəsizlik Nüvə Proqramı Sanksiyalar ABŞ-İran münasibətləri Siyasi razılaşma diplomatik danışıqlar

Tramp: İran uranı təhvil versə belə sanksiya yumşaldılması olmayacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı yeni açıqlama verib.

TurkicWorld xəbər verir ki, PBS News-a danışan Tramp İranın yüksək zənginləşdirilmiş uranı təhvil verməsinin sanksiyaların yumşaldılması ilə nəticələnməyəcəyini bildirib.

“Onlar yüksək zənginləşdirilmiş uranı verəcəklər, amma bunun qarşılığında sanksiya yumşaldılması olmayacaq. Xeyr, qətiyyən yox”, – deyə Tramp bildirib.

Məlumata görə, bu açıqlama Vaşinqtonun İranla bağlı mümkün razılaşmalarda əsas şərtlərdən biri hesab olunan nüvə materiallarının məhdudlaşdırılması məsələsində sərt mövqeyini davam etdirdiyini göstərir.

Son günlər ABŞ administrasiyasından verilən açıqlamalarda diplomatik prosesin davam etdiyi bildirilsə də, Vaşinqton İranın nüvə proqramı ilə bağlı əsas tələblərindən geri çəkilməyəcəyinə işarə edir.

Mövzuya görə xəbərlər