BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında mümkün memorandumla bağlı yayılan məlumatlar ətrafında müzakirələr davam edir.
TurkicWorld xəbər verir ki, Ağ Evdən verilən reaksiyalarda İran dövlət televiziyasında ABŞ–İran arasında guya hazırlanmış memorandumla bağlı yayılan məlumatlar “tam uydurma” kimi qiymətləndirilib və bu iddiaların həqiqətə uyğun olmadığı bildirilib.
Məlumata görə, Ağ Evdə keçirilən kabinet iclası fonunda regionda gərginlik yüksək olaraq qalır. Xüsusilə ABŞ-ın İranda müəyyən hədəflərə endirdiyi zərbələrdən sonra vəziyyətin daha həssas xarakter aldığı qeyd olunur.
Bildirilir ki, hazırda tərəflər arasında atəşkəs rejimi mövcud olsa da, siyasi və təhlükəsizlik baxımından gərginlik tam aradan qalxmayıb.
Bununla yanaşı, Vaşinqton administrasiyasının münaqişənin uzunmüddətli mərhələyə keçməsinin qarşısını almaq və daha sürətli siyasi həll mexanizminə nail olmaq istədiyi bildirilir.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens də məsələ ilə bağlı açıqlamasında tərəflər arasında razılaşmanın əldə ediləcəyinə ümid etdiyini ifadə edib.
Müşahidəçilərin fikrincə, ABŞ administrasiyası üçün əsas məsələ gələcək razılaşmanın Vaşinqtonun strateji və təhlükəsizlik maraqlarına uyğun olmasıdır.







