Son dəqiqə

İsrail ordusu Yaxın Şərq Hizbullah hava hücumu Livanın cənubu Regional gərginlik Sur şəhəri Komanda mərkəzi təxliyə əmri hərbi infrastruktur

İsrail və Hizbullah arasında qarşıdurma genişlənir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda yerləşən Sur şəhərində Hizbullahın komanda mərkəzlərinə qarşı zərbələr endirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun Telegram platformasında yayımladığı məlumatda əməliyyatların Hizbullahın hərbi infrastrukturunu hədəf aldığı iddia olunub.

Açıqlamada qeyd edilir ki, əməliyyatlar bundan əvvəl yayımlanmış təxliyə əmrləri və təhlükəsizlik xəbərdarlıqlarından sonra həyata keçirilib.

Xatırladaq ki, İsrail ordusu hücumlardan əvvəl Sur şəhəri və ətraf yaşayış məntəqələrinin sakinlərinə bölgəni tərk etmələri ilə bağlı çağırış etmiş, onlardan Zəhrani çayının şimal istiqamətinə keçmələrini tələb etmişdi.

Son günlər Livanın cənubunda hava hücumlarının və qarşılıqlı hərbi fəaliyyətlərin intensivləşdiyi bildirilir. Tərəflərin əməliyyatlarla bağlı açıqlamaları isə müstəqil şəkildə tam təsdiqlənməyib.

Alternativ

Mövzuya görə xəbərlər