Son dəqiqə

Livan İsrail ordusu Hava zərbələri yaralananlar Cəbəl Amil Xəstəxanası Nəbatiyə Ölənlər əl-Buss Kəfər Reman əl-Midan məhəlləsi

İsrail ordusu cənubi Livanda Sur və Nəbatiyə bölgələrinə hava zərbələri endirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın rəsmi Milli Xəbər Agentliyi (NNA) xəbər verir ki, İsrail ordusu cənubi Livanın Sur (Tyre) və Nəbatiyə bölgələrinə intensiv hava zərbələri endirib.

TurkicWorld xəbər verir ki, Sur şəhərində yerləşən əl-Buss ərazisi iki dəfə vurulub. Hücumlar Cəbəl Amil Xəstəxanasının yaxınlığında baş verib. Nəbatiyə rayonunun Kəfər Reman qəsəbəsində baş verən hücumda 4 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Eyni zamanda Nəbatiyə şəhərinin əl-Midan məhəlləsinə də bir neçə zərbə endirilib, nəticədə yaşayış binaları və bir şiə müsəlman icma mərkəzi zərər görüb.

Mövzuya görə xəbərlər