BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Livanın Sur bölgəsində hava zərbələrinə başladığını rəsmən elan edib.
TurkicWorld xəbər verir ki, İsrail hərbçiləri Sur və Livanın cənubundakı digər ərazilərdə Hizbullaha məxsus infrastruktur obyektlərinə zərbələrin endirildiyini bildiriblər. Livanın dövlət xəbər agentliyi NNA isə Sur şəhərində yerləşən Cəbəl Amil Xəstəxanası yaxınlığında əlavə hücumların baş verdiyini açıqlayıb.
Sur yaxınlığındakı əl-Maşuk bölgəsində isə iki hava hücumu həyata keçirilib.





