Son dəqiqə

Fatih Birol Beynəlxalq Enerji Agentliyi Qlobal neft ehtiyatları ABŞ-İsrail gərginliyi Hörmüz boğazı blokadası Kommersiya neft ehtiyatları Strateji ehtiyatların buraxılması

Beynəlxalq Enerji Agentliyi: Qlobal neft ehtiyatları sürətlə tükənir

BAKI,TurkicWorld Yusif Şərifzadə

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol bildirib ki, İran ətrafında ABŞ-İsrail gərginliyi və Hörmüz boğazının blokadası səbəbindən dünyada kommersiya neft ehtiyatları sürətlə azalır və cəmi bir neçə həftəlik ehtiyat qalıb.

TurkicWorld xəbər verir ki, bu açıqlama Fransanın paytaxtı Parisdə keçirilən “G7” maliyyə liderlərinin toplantısında verilib.

Fatih Birol jurnalistlərə deyib ki, strateji neft ehtiyatlarının bazara buraxılması gündəlik neft təchizatını 2,5 milyon barel artırsa da, bu ehtiyatlar “sonsuz deyil”. O əlavə edib ki, şimal yarımkürəsində yaz əkin mövsümü və yay səyahət dövrünün başlanması dizel, gübrə, aviasiya yanacağı və benzində tələbatı artıracaq, bu isə ehtiyatların daha sürətli tükənməsinə səbəb olacaq.

Birol qeyd edib ki, kommersiya ehtiyatları “bir neçə həftə” kifayət edə bilər, lakin “sürətlə azaldığı reallığını nəzərə almaq lazımdır.”

Mövzuya görə xəbərlər