Son dəqiqə

Almaniya BƏƏ sülh və təhlükəsizlik Hörmüz boğazı hərbi gərginlik Beynəlxalq Diplomatiya Fridrix Merz Körfəz regionu Nüvə obyektlərinə hücum Təhlükəsizlik təhdidi Zorakılıq eskalasiyası İran‑ABŞ danışıqları Regional tərəfdaşlar Hücumların pislənməsi Sosial media açıqlaması

Almaniya kansleri BƏƏ-yə və regional tərəfdaşlara hücumları pisləyib

BAKI,TurkicWorld Yusif Şərifzadə

Almaniya kansleri Fridrix Merz Birləşmiş Ərəb Əmirliklərinə və Almaniyanın Körfəz bölgəsindəki digər tərəfdaşlarına qarşı həyata keçirilən “yenilənmiş” hücumları qətiyyətlə pisləyib.

TurkicWorld xəbər verir ki, kansler sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib: “Nüvə obyektlərinə qarşı hücumlar bütün regionda insanların təhlükəsizliyi üçün təhdid yaradır. Zorakılığın daha da eskalasiyasına yol verilməməlidir.”

Fridrix Merz əlavə edib ki, İran yenidən ABŞ ilə danışıqlara qoşulmalı, qonşularını təhdid etməyi dayandırmalı və Hörmüz boğazını heç bir məhdudiyyət olmadan açıq saxlamalıdır.

Mövzuya görə xəbərlər