BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın raket buraxılış qurğularının böyük hissəsini hələ də saxladığına dair məlumatları “saxta xəbər” adlandıraraq rədd edib.
TurkicWorld xəbər verir ki, Tramp “Biz onları pinata kimi vururduq”, – deyə “Air Force One” təyyarəsində jurnalistlərə bildirib. O əlavə edib ki, raket buraxılış qurğularının böyük hissəsi artıq məhv edilib və ABŞ yenidən İrana qayıdacağı təqdirdə qalanlarını da sürətlə “sıradan çıxaracaq”.







