Son dəqiqə

Fransa

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Bakı. TurkicWorld:

Fransada hantavirusa ilk yoluxma halı təsdiqlənib.

TurkicWorld xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist açıqlama yayıb.

Xəstəlik aşkarlanan qadın "MV Hondius" gəmisində olub və mayın 10-da Kanar adalarından Fransaya təxliyə edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Fransaya gətirilən beş sərnişindən yalnız birində virus aşkarlanıb. Digər dörd nəfərin ilkin test nəticələri mənfi olsa da, onların azı 15 gün xəstəxanada müşahidə altında saxlanılacağı açıqlanıb.

Fransa mediasının məlumatına əsasən, ölkədə virusla əlaqəli təxminən 20 nəfər təcrid olunub. Onlar yoluxmuş şəxslərlə təmasda olduqları üçün risk qrupuna daxil ediliblər.

Mövzuya görə xəbərlər