Son dəqiqə

İsrail İran ABŞ İran-İsrail müharibəsi Yaxın Şərqdə müharibə: İran və İsrail arasında yeni hücumlar

İsrailin İrana qarşı əməliyyatının dəyəri məlum oldu - 11,5 milyard dollar

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın iqtisadi yükü məlum olub. Rəsmi qurumlar əməliyyatın ölkə büdcəsinə milyardlarla dollara başa gəldiyini bəyan ediblər.

TurkicWorld xəbər verir ki, İsrail Maliyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, İrana qarşı icra edilən "Şir nəriltisi" (Lion's Roar) əməliyyatının ilkin xərcləri təxminən 11,5 milyard dollar təşkil edir.

Maliyyə hesabatında qeyd olunur ki, bu məbləğ həm birbaşa hərbi xərcləri, həm də əməliyyatın logistik və müdafiə təminatını əhatə edir. Regionda gərginliyin davam etdiyi bir şəraitdə açıqlanan bu maliyyə göstəricisi, İsrail iqtisadiyyatının hərbi münaqişə fonunda qarşılaşdığı çətinlikləri də gündəmə gətirib.

Mövzuya görə xəbərlər