BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranda "çox yaxşı iş gördüyünü" bir daha bəyan edib.
TurkicWorld xəbər verir ki,Ağ Ev rəhbəri bu ifadəni işlətməklə administrasiyasının İranın nüvə və hərbi infrastrukturuna qarşı həyata keçirdiyi "Epik Qəzəb" (Epic Fury) əməliyyatının və tətbiq edilən diplomatik-hərbi təzyiq strategiyasının uğurla davam etdiyinə işarə edib.
Trampın bu qənaəti rəsmi Vaşinqtonun Tehrana təqdim etdiyi 15 bəndlik sülh planı və regiondakı hərbi üstünlüklə bağlı nikbinliyini əks etdirir.
Xatırladaq ki, bu bəyanat ABŞ-ın İrandakı hədəflərinə nail olmaq üzrə olduğu barədə Dövlət katibi Marko Rubionun G7 müttəfiqlərinə verdiyi mesajlarla üst-üstə düşür.







