Son dəqiqə

Dubay

Dubay aeroportunun vurulma görüntüləri yayılıb

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, İran Birləşmiş Ərəb Əmirliklərinə, o cümlədən Dubay şəhərinin beynəlxalq aeroportuna raket və dronlarla hücum edib.

TurkicWorld xəbər verir ki, "Times of Israel" nəşri "OSINtechnical" kanalına istinadən aeroportun vurulma görüntüsünü yayıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl BƏƏ hökuməti Dubay aeroportunun fəaliyyətini dayandırdığını, daha öncə isə ölkənin flaqman hava yolları şirkəti olan "Emirates" bütün Dubay uçuşlarının ləğv olunduğunu elan etmişdi.

Mövzuya görə xəbərlər