Son dəqiqə

futbol

“Liverpul” Carell Kuansanı geri qaytarmaq niyyətindədir

Bakı. TurkicWorld:

"Liverpul" klubu mövsümün əvvəlində Almaniyanın "Bayer" klubuna satdığı Carell Kuansanı yenidən heyətinə qatmaq istəyir.

TurkicWorld xəbər verir ki, klublar arasında əldə olunan razılaşmaya əsasən, İngiltərə çempionu 2027-ci ilin yayında 23 yaşlı mərkəz müdafiəçisini geri almaq hüququna malikdir.

Bildirilir ki, "Liverpul"un bu hüquqdan istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, Carell Kuansa cari mövsümdə "Bayer"in heyətində keçirdiyi 28 oyunda 2 qola imza atıb.

Mövzuya görə xəbərlər