Son dəqiqə

Faysal bin Fərhan: Səudiyyə–BƏƏ münasibətləri regional sabitliyin açarıdır Səudiyyə Ərəbistanı BƏƏ ilə strateji tərəfdaşlığı vurğuladı Riyad–Əbu-Dabi xətti Yaxın Şərqdə təhlükəsizlik üçün həlledicidir Faysal bin Fərhan Varşavada Polşa ilə əməkdaşlığı müzakirə etdi Səudiyyə–Polşa ticarət dövriyyəsi 8 milyard dollara çatdı Səudiyyə diplomatiyası Avropada yeni iqtisadi mexanizm qurur

Səudiyyə Ərəbistanı–BƏƏ münasibətləri regionun sabitliyi üçün həyati əhəmiyyət daşıyır - Faysal bin Fərhan

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan ölkəsinin Birləşmiş Ərəb Əmirliyi ilə münasibətlərinin regional təhlükəsizlik baxımından strateji əhəmiyyətini vurğulayıb.

TurkicWorld xəbər verir ki, nazir bildirib ki, Riyad və Əbu-Dabi arasındakı əməkdaşlıq Yaxın Şərqdə sabitliyin qorunmasında əsas dayaqlardan biridir.

Faysal bin Fərhan bəyanatında Yəmən məsələsi ilə bağlı iki ölkə arasında müəyyən baxış fərqlərinin mövcud olduğunu da etiraf edib. Bununla belə, o, bu fərqliliklərin ümumi strateji tərəfdaşlığa xələl gətirmədiyini və dialoq yolu ilə müzakirə edildiyini qeyd edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Polşaya rəsmi səfəri çərçivəsində Varşavada polşalı həmkarı Radoslav Sikorski ilə birgə mətbuat konfransı keçirib. Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər.

Konfrans çərçivəsində Səudiyyə Ərəbistanı ilə Polşa arasında Birgə Koordinasiya Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Nazir bildirib ki, bu mexanizm siyasi dialoqun gücləndirilməsi, iqtisadi və institusional əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma olacaq.

Faysal bin Fərhan iqtisadi göstəricilərə də toxunaraq qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə Polşa arasında ticarət dövriyyəsinin həcmi 8 milyard dollara yüksəlib. Onun sözlərinə görə, bu rəqəm iki ölkə arasında iqtisadi tərəfdaşlığın sabit və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Nazir əlavə edib ki, enerji, logistika, sənaye və investisiya sahələrində yeni layihələr gündəmdədir və qarşıdakı dövrdə əməkdaşlığın daha da genişlənməsi gözlənilir.