Son dəqiqə

Fransa Paris İngiliz aşırı sağcılar Fransa’dan men edildi Fransa’dan göçmenlere yönelik saldırılara sert tepki Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçılara qadağa qoydu Paris miqrantlara qarşı aksiyalar planlaşdıran 10 britaniyalını ölkədən uzaqlaşdırdı Fransa La-Manş böhranı fonunda britaniyalı radikallara sərt addım atdı Miqrantlara hücum iddiası: Fransa 10 britaniyalı fəalı qara siyahıya saldı Fransa sahillərində miqrant ovuna çıxan qruplara qarşı tədbirlər gücləndirildi

Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Fransa hakimiyyəti miqrantların La-Manşı keçərək Böyük Britaniyaya çatmasının qarşısını almağa cəhd edən 10 britaniyalı ifrat sağçı fəalın ölkəyə girişini qadağan edib.

TurkicWorld xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qərar özünü “Raise the Colours” adlandıran qrupla əlaqəli şəxslərin şimal sahillərində miqrant qayıqlarını axtarması, məhv etməyə cəhd göstərməsi və təbliğat fəaliyyəti aparması ilə bağlı məlumatlardan sonra verilib.

Nazirlik bildirib ki, sözügedən 10 nəfər barəsində Fransa ərazisinə giriş və ölkədə qalmağı qadağan edən inzibati qərar çərşənbə axşamı qüvvəyə minib.

Fransanın daxili işlər naziri Loran Nüne sosial şəbəkədə paylaşımında “Bizim hüquqi dövlət prinsiplərimiz müzakirə mövzusu deyil. Zorakılıq və nifrət doğuran fəaliyyətlərin Fransa ərazisində yeri yoxdur”-bildirib.

Fransa rəsmiləri qadağa tətbiq edilən şəxslərin adlarını açıqlamayıb. Bununla yanaşı, sentyabr ayında miqrantlara qarşı törədildiyi iddia olunan “ağırlaşdırılmış hücum” faktı üzrə ayrıca istintaq başladılıb.

AFP-nin məlumatına görə, sentyabrın 9-dan 10-na keçən gecə Dünkirk yaxınlığındakı Grand-Fort-Filipp bölgəsində Britaniya və İngiltərə bayraqları daşıyan dörd nəfər miqrantlara sözlü və fiziki hücum edib. Hücum zamanı onlara İngiltərədə “xoş qarşılanmadıqları” bildirilib.

“Raise the Colours” qrupu isə X sosial şəbəkəsində yaydığı açıqlamada Fransa hakimiyyətindən rəsmi bildiriş almadıqlarını iddia edib və zorakılığı dəstəkləmədiklərini bəyan edib.

Mövzuya görə xəbərlər