Son dəqiqə

Tramp İrandakı etirazçılara dəstək mesajı verdi ABŞ prezidenti İrana çağırış etdi: Yardım yoldadır Tramp: Etirazlar dayandırılmamalıdır Vaşinqtondan Tehrana sərt mesaj ABŞ İrandakı etirazlara açıq dəstək verdi Trump İran’daki protestoculara çağrı yaptı Yardım yolda: Trump’tan İran mesajı ABD’den İran’daki protestolara destek Trump Tahran’a sert uyarı gönderdi ABD Başkanı İran’daki gösterileri destekledi

Tramp İrandakı etirazçılara çağırış etdi: “Yardım artıq yoldadır”

Bakı, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp İranda davam edən etiraz aksiyalarının iştirakçılarına müraciət edərək, onları aksiyaları davam etdirməyə çağırıb.

TurkicWorld xəbər verir ki,Tramp bu barədə çərşənbə axşamı özünə məxsus sosial platformada paylaşım edib.

“İranlı vətənpərvərlər, Etirazları davam etdirin — öz qurumalarınızı nəzarətə götürün… yardım artıq yoldadır.”, — deyə Tramp yazıb.

ABŞ prezidenti eyni zamanda bildirib ki, İranda etirazçılara qarşı zorakılıq dayandırılana qədər rəsmi Tehran nümayəndələri ilə bütün planlaşdırılmış görüşləri ləğv edib.

Tehranın rəsmi məlumatlarına görə, ölkə üzrə etirazlar zamanı həlak olanların sayı 2 min nəfərə çatıb.

Bundan əvvəl, bazar günü Donald Tramp bəyan etmişdi ki, əgər İranın təhlükəsizlik strukturları etiraz aksiyalarının sərt şəkildə yatırılmasını davam etdirərsə, ABŞ ölkə ərazisindəki hədəflərə qarşı hərbi zərbə endirmə ehtimalını istisna etmir.

İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Aksiyalar ilkin mərhələdə kəskin qiymət artımı və iqtisadi problemlərlə əlaqədar başlasa da, sonradan genişmiqyaslı hökumət əleyhinə nümayişlərə çevrilib.

Kütləvi etirazların əsas səbəbləri arasında milli valyuta — İran rialının kəskin dəyər itirməsi, inflyasiya və uzunmüddətli sosial-iqtisadi narazılıqlar göstərilir. Aksiyalar 1979-cu il İslam İnqilabından bəri ölkəni idarə edən dini rəhbərliyə qarşı ən genişmiqyaslı etiraz dalğalarından biri kimi qiymətləndirilir.