BAKI, TurkicWorld, Nailə Babazadə
Amerika və İran arasındakı gərginliyin bölgəni yeni bir çatışmaya sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu net şəkildə ortaya qoyduq və bunu həmsöhbətlərimizə çatdırdıq.
TurkicWorld xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Prezident Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşdüyünü, dərhal ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar apardığını qeyd edib.
Hazırda hər iki tərəfin diplomatiyaya yer açmaq istədiyini müşahidə etdiyini deyən Ərdoğan, prosesin canlı olduğunu bildirib:
"Hər iki tərəf dialoq və diplomatiya üçün hələ də açıqdır. Aşağı səviyyədə aparılan görüşlərdə məsafə qət edildikdən sonra, liderlər səviyyəsində müzakirələrin də faydalı olacağını düşünürəm. Hərbi gərginlik bu qədər artmışkən, müzakirə masasının bir şəkildə qurulması vacibdir." - deyə Ərdoğan vurğulayıb.







