Bakı, TurkicWorld
Venesuelada fövqəladə vəziyyət elan edilib.
TurkicWorld Venesuela Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə prezidenti Nikolas Maduro imzalayıb.
"Prezident Maduro əhalinin hüquqlarının qorunması, respublika institutlarının tam fəaliyyətinin təmin edilməsi və dərhal silahlı mübarizəyə keçid məqsədilə ölkə ərazisində fövqəladə vəziyyətin tətbiqini nəzərdə tutan Fərmanın icrasını tapşırıb", – nazirlikdən bildirilib.
Qeyd edək ki, şənbə günü səhər tezdən Venesuelanın paytaxtı Karakas sakinləri güclü partlayış səsləri, havada uçan təyyarələrin gurultusu və ən azı bir tüstü sütununun müşahidə edildiyini bildiriblər.
Şahidlərin sözlərinə görə, şəhərin cənub hissəsində, iri hərbi bazanın yaxınlığında elektrik enerjisinin verilməsində fasilələr qeydə alınıb.







