Son dəqiqə

Trampın fərmanları Trampın siyasətinə tənqidlər Ukrayna və Rusiyanın barışıq təklifləri Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları Rusiya Ukrayna sülh təşəbbüsü Tramp immiqrasiya planı Tramp Rusiya–Ukrayna müharibəsində könüllülər

Biz Ukraynadakı müharibənin yenidən başlamasını istəmirik - Tramp

BAKI, TurkicWorld, Nailə Babazadə

ABŞ Prezidenti Donald Tramp Ukrayna–Rusiya müharibəsi ilə bağlı Avropa liderləri ilə genişmiqyaslı görüşlər keçirdiyini bildirərək, diplomatik prosesin “ehtiyatlı, lakin müsbət” istiqamətdə irəlilədiyini deyib.

TurkicWorld xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp təxminən bir saat əvvəl Avropa liderləri ilə apardığı danışıqlara toxunub.

“Rusiya və Ukrayna arasındakı müharibənin də müzakirə olunduğu çox yaxşı bir görüş keçirdik. Görüş uzun çəkdi. İşlər yaxşı gedirmiş kimi görünür, lakin bunun çətin bir proses olduğunu da bilirik.” - deyə Tramp qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə də uzun bir telefon danışığı apardığını qeyd edən Tramp Almaniya, İtaliya, NATO, Finlandiya, Fransa, Böyük Britaniya, Polşa, Norveç, Danimarka və Niderland liderləri ilə “çox uzun və çox yaxşı” təmaslar qurduğunu ifadə edib.

ABŞ Prezidenti Tramp Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərinin Avropa ilə birlikdə formalaşdırıldığını vurğulayıb.

“Avropa bu prosesin böyük bir hissəsi olacaq. Müharibənin yenidən başlamaması üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirik. Müharibənin təkrar başlamasını istəmirik.” - deyə Tramp vurğulayıb.

Trampın bu açıqlamaları ABŞ-li rəsmilərin Berlində aparılan təmaslar zamanı Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər güclü təhlükəsizlik zəmanətlərini ehtiva edən bir “sülh paketi” üzərində mühüm irəliləyiş əldə edildiyini açıqlamasından sonra səsləndirilib. Rəsmilər bu zəmanətlərin məhdud müddət üçün nəzərdə tutulduğunu və yekun razılaşma əldə olunacağı təqdirdə paketin ABŞ Senatına təqdim ediləcəyini bildiriblər.

ABŞ Prezidenti Trampın Ukrayna sülh danışıqlarını aparmaqla vəzifələndirdiyi xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner son iki gündür Almaniyanın paytaxtı Berlində Ukrayna və Rusiya arasında razılaşma əldə olunması məqsədilə müxtəlif görüşlər keçirirlər.

Danışıqlarla bağlı jurnalistlərə məlumat verən ABŞ-li bir rəsmi bildirib ki, NATO müqaviləsinin üzv ölkələrdən birinə edilən silahlı hücumun bütün üzvlərə edilmiş sayıldığı 5-ci maddəsinə bənzər bir təminatın Ukraynaya da verilməsi nəzərdə tutulur.

Gözlənilir ki, ABŞ danışıqlar heyətinin Avropalı tərəfdaşlarla görüşlərindən sonra formalaşan “sülh paketi” layihəsinin son variantı gələn həftə Prezident Trampa ətraflı şəkildə təqdim olunsun.

Mövzuya görə xəbərlər