Son dəqiqə

Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi 2025

Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

BAKI,TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun Qəzza Zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 48 saatda 6 nəfər artaraq 70 min 354-ə çatıb.

TurkicWorld xəbər verir ki, Qəzza Sağlamlıq Nazirliyi yazılı açıqlamasında İsrail hücumlarında baş verən ölənlərin sayı və dağıntılardan çıxarılan cəsədlərlə bağlı son məlumatları paylaşıb.

Bildirilib ki, son 48 saat ərzində İsrail hücumlarında 5-i dağıntı altından çıxarılan 6 Fələstinli və 15 yaralı xəstəxanalara çatdırılıb.

Ateşkesin qüvvəyə mindiyi dövrdən bəri həyata keçirilən hücumlarda isə 367 nəfər həlak olub, 953 nəfər yaralanıb, dağıntılardan isə 624 cəsəd çıxarılıb.

Nazirliyin açıqlamasında həmçinin qeyd edilib ki, Tibb Ekspertizası İdarəsi itkin dosyaları və məlumatları qiymətləndirərək, 28 noyabr–5 dekabr tarixləri arasında tamamladığı və təsdiqlədiyi məlumatlar əsasında ümumi ölüm sayına 223 nəfərin daha əlavə edildiyi bildirilib.

İsrailin Qəzza Zolağına 2023-cü ilin oktyabrından başladığı hücumlarda həyatını itirənlərin sayı 70 min 354-ə, yaralananların sayı isə 171 min 30-a çatıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlarda İsrail və Həmasın Qəzza Zolağında atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.

Misirdə aparılan danışıqlarda imzalanan razılaşma İsrail hökumətinin təsdiqi ilə 10 oktyabrda qüvvəyə minib.

Buna baxmayaraq, İsrail ordusu Qəzza Zolağında əldə olunan atəşkəsə rəğmən zaman-zaman müxtəlif bəhanələrlə Fələstinlilərə qarşı hücumlarını davam etdirir.

Mövzuya görə xəbərlər