Son dəqiqə

Ermənistan XİN rəhbərinin İsrailə fövqəladə səfəri regionda gərginliyi artırdı Politoloq: Azərbaycan–İsrail münasibətləri Ermənistanla müqayisədə daha güclüdür İsrail–Ermənistan yaxınlaşması Qafqaz diplomatiyasında yeni mərhələ açır Rufiz Hafizoğlu: Ermənistanın İsraillə əlaqələri həmişə mövcud olub TRIPP layihəsi fonunda Ermənistan–İsrail dialoqu diqqət çəkir Politoloq: İran–İsrail–Ermənistan xətti süni şəkildə şişirdilir Ermənistanın ərəb ölkələri ilə yaxınlaşması regionda nə deməkdir? İsrail lobbisi və Ermənistan lobbisi – Qafqazda güc balansı İrəvanın geosiyasi xəttinin qeyri-müəyyənliyi suallar yaradır Qafqazda diplomatik aktivlik artır — ekspert dəyərləndirməsi

Ermənistan-İsrail münasibətləri həmişə olub və indi daha da güclənir

BAKI, TurkicWorld, Crossmedia.az

Qafqaz diplomatiyasının səhnəsi yenidən qızışır. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın qəfil və fövqəladə İsrail səfəri regionda sakit axan proseslərin altında görünməyən gərginliklərin üzə çıxmasına səbəb olub. İlk baxışda iki ölkə arasında münasibətlərin istiləşməsi kimi təqdim edilən bu addım əslində illərlə yığılan ziddiyyətlərin yeni mərhələyə keçdiyini göstərir. İsrail İrəvanla əməkdaşlıq imkanlarını ölçüb-biçməyə çalışsa da, Ermənistanın İran asılılığı, daxili anti-İsrail ovqatı və geosiyasi xəttinin dağınıqlığı bu cəhdlərin hansı istiqamətə gedəcəyinə dair sualları artırır. Regionun taleyini müəyyən edən TRIPP layihəsi isə bu səfərin fonunu daha da ağırlaşdıraraq gündəliyi strateji rəqabət meydanına çevirir. Ermənistan-İsrail münasibətlərinin yaxınlaşması Azərbaycan-İsrail münasibətlərinə təsir edə bilər?

TurkicWorld xəbər verir ki, görüşün mahiyyəti ilə bağlı politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib. Bildirib ki, hər şeydən öncə istər İsrail olsun, istər Ermənistan, onların müstəqil dövlətlər olduğunu bilməliyik: “Azərbaycan bu dövlətlərin müstəqilliyini tanıyıb. Bu baxımdan onların tanınmış və ya tanınmamış istənilən dövlətlə əlaqə qurması özlərinin müstəqil siyasətidir. Biz dövlət olaraq buna qarışmırıq. İran-İsrail-Ermənistan münasibətlərinə gəlincə, bu mövzu uzun illərdir bəzi təbəqələri çaşdırmaq üçün süni şəkildə şişirdilir. Əslində bu münasibətlər həmişə mövcud olub. İsraildə kifayət qədər aktiv erməni lobbisi var, eyni zamanda Azərbaycan lobbisi də fəaliyyət göstərir. Təbii ki, Azərbaycan-İsrail münasibətləri Ermənistan-İsrail münasibətlərindən qat-qat güclüdür’’.

Politoloq qeyd edib ki, Ermənistan, İran və İsrail məsələsi bir-birinə təsir edən deyil, əksinə, hər biri müstəqil şəkildə yürüdülən xarici siyasətin nəticəsidir: “Digər tərəfdən, Ermənistanın ərəb ölkələri ilə münasibətlərini normallaşdırmaq və inkişaf etdirmək istiqamətində ciddi addımlar atdığını da görürük. Əgər düşünürüksə ki, Ermənistanın Yaxın Şərq ölkələri ilə münasibətləri bölgədə hansısa mühüm dəyişiklik yaradacaq, bu təsiri şişirtmək düzgün olmaz. Dövlətlərin yaxınlaşması mümkündür, amma Azərbaycan lobbisinin İsraildə heç vaxt Ermənistan lobbisinə uduzacağını düşünmürəm. Lakin gələcəkdə dövlətlərin siyasət və maraqlarının necə dəyişəcəyini indidən qəti şəkildə demək də doğru olmaz. Ümumiyyətlə, bəzilərinin iddia etdiyi kimi “Ermənistan-İsrail münasibətləri yoxdur” fikrinə də inanmıram. Bu münasibətlər həmişə olub və indi daha da güclənir’’.

Mövzuya görə xəbərlər