Son dəqiqə

Nikolas Maduro Donald Tramp ABŞ Venesuela böhranı Donald Tramp Venesuela siyasəti Nikolas Maduro ABŞ münasibətləri Air Force One The Miami Herald

ABŞ-nin Venesuelaya hücum etmək planı yoxdur - Tramp

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Venesuela ərazisinə zərbələr endirməyi düşünmədiyini bildirib.

TurkicWorld-un məlumatına görə, bu barədə D.Tramp Venesuela ərazisinə hücum planları ilə bağlı suala cavab olaraq "Air Force One" təyyarəsindəki jurnalistlərə bildirib.

"Xeyr", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl "The Miami Herald" qəzeti mənbələrə istinadən Tramp administrasiyasının Venesueladakı hərbi hədəflərə hücum etmək qərarına gəldiyini barədə məlumat verib. Qəzet bildirib, bu zərbələr yaxın günlərdə və ya hətta saatlarda baş verə bilər.

Mövzuya görə xəbərlər