Son dəqiqə

İsrail Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Fələstin-İsrail iki dövlətli həll Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi və tanınma Qəzzada müharibə cinayətləri

İsrail, atəşkəsə baxmayaraq UNRWA-nın Qəzzaya yardım göndərməsinə icazə vermir

BAKI, TurkicWorld , Nailə Babazadə

İsrail, 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, Birləşmiş Millətlərin Fələstinli Qaçqınlara Yardım və İcra Agentliyi (UNRWA)-nın Qəzza zolağına humanitar yardım göndərməsinə artıq 7 aydan çoxdur ki, qoyduğu qadağanı davam etdirir.

TurkicWorld xəbər verir ki, UNRWA, atəşkəsin ardından Qəzzaya göndərilən yardımların vəziyyəti ilə bağlı Anadolu Agentliyinin (AA) suallarını yazılı şəkildə cavablandırıb.

Açıqlamada, İsrailin 2 mart tarixindən etibarən UNRWA-nın Qəzzaya ərzaq da daxil olmaqla heç bir humanitar yardım göndərməsinə icazə vermədiyi vurğulanıb. Qeyd edilib ki, ötən həftə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq bu qadağa davam edir.

UNRWA-nın anbarlarında hazırda minlərlə yük maşını dolduracaq qədər yardım ləvazimatının olduğu və bu yardımın Qəzzadakı bütün əhalinin 3 aylıq ərzaq ehtiyacını qarşılayacaq miqdarda olduğu bildirilib.

Eyni zamanda, Qəzzanın dağıdılması nəticəsində 1,3 milyon insanın sığınacaq ehtiyacını qarşılamaq üçün yetərli məskunlaşma və sığınacaq materiallarının da mövcud olduğu vurğulanıb.

Açıqlamada qeyd edilib ki, İsrail atəşkəsə baxmayaraq, həm qida, həm də barınacaq materiallarına ciddi ehtiyacın olduğu Qəzzaya UNRWA-nın bir dənə belə yardım tırının daxil olmasına icazə verməyib.

Qəzzada 12 min əməkdaşı ilə UNRWA bölgədəki ən böyük humanitar yardım təşkilatıdır. Atəşkəs qüvvədə olsa da, bu təşkilatın yardım göndərməsinə qoyulan qadağa hələ də qüvvədədir.

Atəşkəs razılaşmasına əsasən, İsrailin hər gün 600 yardım tırının Qəzzaya girişinə icazə verməsi tələb olunur. Lakin reallıqda bu rəqəm çox aşağıdır.

Qəzzadakı hökumətin Mətbuat Ofisinin rəhbəri İsmail əs-Sevabite, atəşkəsin qüvvəyə minməsindən bu yana Qəzza zolağına sadəcə 173 yardım tırının daxil olduğunu, bu miqdarın isə bölgədəki minimum ehtiyacları belə qarşılamaqdan uzaq olduğunu bildirib.

UNRWA, atəşkəsdən sonra Qəzzaya daxil olan yardım tırlarının sayına dair özündə dəqiq məlumat olmadığını açıqlayıb. BMT-nin Humanitar Əlaqələndirmə Ofisi (OCHA) da AA-ya verdiyi yazılı cavabda onların da bu məlumatlara sahib olmadığını bildirib.

Mövzuya görə xəbərlər