Son dəqiqə

Misir Donald Tramp Əbdülfəttah əs-Sisi HƏMAS Qəssam Briqadaları Trampın Fələstin strategiyası qəzza sülh sazişi

Tramp Misirin HƏMAS ilə vasitəçilik rolundan bəhs edib

Bakı, TurkicWorld

Mən Misirin HƏMAS ilə vasitəçilik rolunu yüksək qiymətləndirirəm.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən əvvəl deyib.

"HƏMAS bu ölkəyə və Misir rəhbərliyinə hörmətlə yanaşır. Mən bunu çox yüksək qiymətləndirirəm", - o vurğulayıb.

Qəzza sülh sazişinin növbəti mərhələsini şərh edən Tramp yenidənqurma işlərinin aparılmasının vacibliyini qeyd edib: "Təmizliyə başlamaq üzrəyik. Qəzzaya baxın - onun kütləvi şəkildə təmizlənməsi lazımdır".

Tramp həmçinin, danışıqlarda beynəlxalq iştirakın yüksək səviyyədə olduğunu vurğulayıb.

"Digər otaqda dünyanın ən varlı ölkələrinin, bəzi varlı xalqlarının nümayəndələri var. Bütün böyük liderlər buradadır - əmirlər, şahlar və başqaları. Dəvət etdiyimiz hər kəs gəldi. Bu, böyük hörmət tələb edir.

Düşünürəm ki, biz mühüm irəliləyiş görəcəyik", - o əlavə edib.

Mövzuya görə xəbərlər