Son dəqiqə

Qəzza zolağı Qəzza İsrail və Qəzza münaqişəsi Qəzza ilə əlaqəli paylaşımlar Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Fələstin-İsrail iki dövlətli həll Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi 2025 Qəzzada mülki qurbanlar

İsrail ordusu son 24 saatda Qəzza zolağına 140-dan çox hava hücumu həyata keçirib

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusu, işğal məqsədilə başladığı quru hücumlarına paralel olaraq, Qəzza zolağına hava bombardmanlarını da intensivləşdirib. Son 24 saat ərzində 140-dan çox hava hücumu həyata keçirilib.

TurkicWorld xəbər verir ki, hücumlar, aclıq və qırğınlara baxmayaraq, torpaqlarını tərk etmək istəməyən fələstinlilərin sığındığı Qəzza şəhərində xüsusilə sıxlaşıb. İsrail ordusu, bölgədə yaşayan fələstinliləri qırğınlarla şimala və cənuba doğru köçməyə məcbur edir.

Qəzza şəhəri həm hava, həm də quru əməliyyatları ilə bombalanır. Buna baxmayaraq, yüz minlərlə fələstinli şəhərdə qalmağa davam edir. İsrailin hücumları yalnız Qəzza şəhəri ilə məhdudlaşmayıb, həmçinin Qəzza zolağının orta və cənub hissələrində də davam etməkdədir.

İsrail ordusunun yaydığı rəsmi açıqlamada, son 24 saat ərzində Gazze Şeridinə 140-dan çox hava hücumunun reallaşdığı bildirilib.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına etdiyi hücumlarda ən azı 65 min 502 fələstinli həyatını itirib, 167 min 376 nəfər isə yaralanıb.

Mövzuya görə xəbərlər