Son dəqiqə

Türkiyə ABŞ İstanbul Vatikan Bursa Vatikan rəsmi açıqlaması Vatikan Türkiyə münasibətləri Papa XIV Leo

Papa XIV Leo Türkiyədə tarixi yubiley mərasimində iştirak edəcək

BAKI, TurkicWorld

Katolik dünyasının yeni ruhani lideri Papa XIV Leo bu ilin noyabr ayında Nikea Şurasının 1700 illik yubileyi münasibətilə Türkiyəyə səfər edəcək.

TurkicWorldxəbər verir ki, Vatikanın dövlət başçısı olan Papa, səfər çərçivəsində Bursanın İznik (tarixi Nikea) rayonunda və İstanbulda keçiriləcək mərasimlərdə iştirak edəcək.

Bu səfər, mayın 8-də Papa seçilən XIV Leo üçün ilk xarici səfər olacaq.

Papanın yay iqamətgahı Castel Gandolfo-da ABŞ-dan gəlmiş nümayəndə heyətini qəbul edən ruhani lider, yubiley mərasimində müxtəlif konfessiya və din nümayəndələrinin iştirakını vacib saydığını bildirib.

Qeyd edək ki, 325-ci ildə keçirilmiş Nikea Şurası xristian dünyasında ilk ümumdünya kilsə yığıncağı sayılır və bu il həmin hadisənin 1700-cü ildönümüdür.

Mövzuya görə xəbərlər