Son dəqiqə

Meksika krematorium icazəsiz fəaliyyət hüquqi məsuliyyət prokurorluq araşdırması insan haqları pozuntusu hüquq-mühafizə orqanları

Meksikada krematoriumdan 400-ə yaxın gizli cəsəd çıxarılıb

BAKI, TurkicWorld

Meksikada krematoriumda (cəsəd yandırmaq üçün nəzərdə tutulan tikili) 400-ə yaxın cəsəd aşkarlanıb.

TurkicWorld xəbər verir ki, Meksikanın Syudad Xuares şəhərində təhlükəsizlik qüvvələri anonim məlumat əsasında 6 dəfn evinə xidmət edən krematoriuma basqın edib və oradan 383 cəsəd və qalıqlar aşkar ediblər.

Çihuahua əyalətinin prokuroru Sezar Jauregui Moreno cəsədlərin ən az 3-4 il əvvələ aid olduğunu bildirib və krematoriumun fəaliyyət göstərmədiyi halda belə böyük miqdarda cəsəd saxlamasının səbəbləri araşdırılır.

Krematoriumun sahibi və bir işçisi həbs olunub. Ştat qubernatoru Maru Campos işçiləri "lisenziya və icazələrdən sui-istifadə edən məsuliyyətsiz və vicdansız insanlar" kimi qiymətləndirib.

Hadisə Meksikada geniş rezonans doğurub və səlahiyyətlilər əlavə araşdırmalara davam edir.

Mövzuya görə xəbərlər