BAKI, TurkicWorld
ABŞ Trampın rəhbərliyi ilə müharibəyə daxil ola bilər.
TurkicWorld xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumatlara görə, Prezident Donald Tramp İsrailin İranın nüvə obyektlərinə qarşı hücumlarına dəstək vermək məsələsini gündəmdə saxlayır.
Mümkün bir hərbi əməliyyata ABŞ-ın da qoşulması ilə bağlı variantlar Ağ Evdə müzakirə olunmağa başlanıb.
ABŞ mətbuatının yazdığına görə, Tramp bu qərarı Milli Təhlükəsizlik Şurası ilə keçirdiyi görüşdən sonra nəzərdən keçirməyə başlayıb. Müzakirələrdə İsrailin başlatdığı əməliyyatlara ABŞ-ın birbaşa və ya dolayı şəkildə dəstək verə biləcəyi ehtimalları qiymətləndirilib. Prezidentin hazırda bir neçə alternativ plan üzərində düşündüyü qeyd edilir.
Qeyd edək ki, İranla İsrail arasında davam edən raket hücumları regionda vəziyyəti daha da gərginləşdirib. ABŞ-ın bu qarşıdurmaya daxil olması münaqişənin beynəlmiləlləşməsi ehtimalını artırır.






