Son dəqiqə

İsrail Ukrayna Hava hücumundan müdafiə hava hücumundan müdafiə sistemi

İsrail Ukraynaya hava hücümundan müdafiə sistemi göndərməyib - İsrail XİN

BAKI,TurkicWorld

İsrail, Ukraynaya Patriot hava hücumundan müdafiə (PXM) sistemləri göndərmədiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda, "İsrail Ukraynaya belə sistemlər göndərməyib" deyilir.

Əvvəllər, İsrailin Kiyevdəki səfiri Mixail Brodski, İsrailin ABŞ istehsalı olan Patriot PXM sistemlərini Ukraynaya verdiyini bildirib.

Bu bəyanatdan sonra, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin müavini Aleksey Çepa, əgər İsrail həqiqətən də Ukraynaya Patriot sistemləri göndəribsə, bunun Rusiyaya "digər ölkələrə silah vermək hüququ" verdiyini vurğulayıb.

Mövzuya görə xəbərlər