Hakan Fidan Mark Rutte

Fidan və Rutte Ukrayna məsələsini müzakirə ediblər

BAKI, TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan və NATO-nun baş katibi Mark Rutte arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.

Məlumata əsasən, müzakirə zamanı Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması istiqamətində səylər müzakirə olunub.

Fidan və Rutte həmçinin 24–25 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək NATO sammitinə hazırlıq məsələsinə də toxunublar.

Mövzuya görə xəbərlər